Cənubi Koreyada ölüm və xəsarətlə nəticələnən yanğın olub.
Nyus.Az "Report"a istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Çhonan şəhərində baş verib. "Ramada Encore Cheonan" otelində baş verən yanğın zamanı 1 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Ölən şəxsin otelin 53 yaşlı işçisi olduğu bildirilir. Yaralılardan 4-ü yanğınsöndürənlərdir. Onlar dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onlardan bəziləri hələ də huşsuz vəziyyətdədir.
Qeyd edilir ki, hadisə zamanı oteldə ümumilikdə 57 nəfər olub. Hadisənin başvermə səbəbi araşdırılır.
Daha əvvəl Cənubi Koreyada sürət qatarının relsdən çıxması nəticəsində 14 nəfər xəsarət alıb.
Nyus.Az