Şimali Koreya daha bir Amerika vətəndaşını azad edib.
Nyus.Az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü ABŞ-ın dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.
"Birləşmiş Ştatlar Amerika vətəndaşının azad edilməsində göstərdiyi əməkdaşlığa görə KXDR-ə və köməkliyə görə İsveç səfirliyinə minnətdardır", - deyə Pompeonun yazılı bəyanatında qeyd olunub.
İsveç Vaşinqton və Pxenyan arasında diplomatik münasibətlər olmadığı üçün KXDR-də ABŞ-ın maraqlarını təmsil edir.
Bundan əvvəl KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb.
Nyus.Az