Millət vəkili, Azərbaycanın tanınmış kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılıb. O, həmin Mərkəzdə elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini idi.
Rəşad Mahudov Musavat.com saytına xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəzi ilə bağladığı müqavilənin müddəti mayın 18-də başa çatıb: "Müqavilənin müddətinin bitməsi səbəbindən həmin müqaviləyə qarşılıqlı olaraq xitam verildi".
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Rəşad Mahmudov ilk gündən həmin Mərkəzdə elmi-tədqiqat və tibb işləri üzrə direktor müavini kimi fəaliyyət göstərirdi.
Bakı Ürək Mərkəzi Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində fəaliyyət göstərir. Rəşad Mahmudov da Diaqnostika Mərkəzində baş direktorun elmi tədqiqat və tibbi işlər üzrə müavini idi.