[center][/center]
Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir.
Nyus.Az lent.az-a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, lobya düzgün qayda da bişirilsə bu xoşagəlməz nəticələr olmaz.
Bəs, şişkinliyin qarşısını almaq üçün lobya necə bişirilməlidir?
İlk olaraq lobyanı bişirməzdən əvvəl islatmaq lazımdır. Bu zaman həzm problemlərinin qarşısı alınacaq. İslatmaq bir neçə saat çəkir. Daha sonra lobyaları islatdığınız suda bişirməyin. Bişirilən zaman mütləq ona təzə su tökün.
İsti havalarda lobyaları soyuducuda saxlamağınız məsləhətdir. Bu turşumanın qarşısını almağa kömək edəcək.
Nyus.Az