• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 12-06-2025 Kür və Araz çaylarında milyonlar hara axır?
  • 12-06-2025 "Alatavada həyətində sarımsaq, qatıq satırdı"
  • 12-06-2025 Bu 6 peşədə işləyənlər diqqətli olsun - Xərçəng riskini artırır
  • 12-06-2025 Azərbaycanda Şadlıq evində baş verən yanğın söndürülüb - yenilənib
  • 12-06-2025 Bu şəxslər Rusiyanı təcili tərk etməlidir
  • 11-06-2025 Göygöl Peşə Məktəbində rüşvət, saxta diplom və yeyinti iddiaları
  • 11-06-2025 Prezident İlham Əliyev Xaçmazda avtomobil yolunun təmirinə 1,5 milyon manat ayırdı
  • 11-06-2025 Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi
  • 11-06-2025 Dollar bu qiymətə satılacaq - Günün RƏSMİ MƏZƏNNƏSİ
  • 11-06-2025 Ofelya Şabanovanın ərinin "xəyanət" VİDEOsu yayıldı: efirdən ağlayaraq GETDİ
  • 11-06-2025 Regionda səngər hərəkəti: Beş ölkənin XTQ-si Bakıda döyüş ssenarilərini planlaşdırır!
  • 10-06-2025 Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
  • 10-06-2025 Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı
  • 10-06-2025 Çimərliklər mövsümə hazırdır? - VİDEO
  • 10-06-2025 Rusiya Kiyevə genişmiqyaslı dron və raket hücumu həyata keçirdi
  • 10-06-2025 Ən şiddətli döyüşlərin getdiyi yerləri açıqladı
  • 10-06-2025 Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo
  • 10-06-2025 UEFA Millətlər Liqası finalının ən yaxşı oyunçusu bəlli oldu
  • 10-06-2025 Təzyiqi aşağı salan ən yaxşı MEYVƏ
  • 10-06-2025 Rəsmi Bakıdan Putinin köməkçisinə cavab

XƏBƏRLƏR

    Bu 6 peşədə işləyənlər diqqətli olsun - Xərçəng riskini artırır
    Regionda səngər hərəkəti: Beş ölkənin XTQ-si Bakıda döyüş ssenarilərini planlaşdırır!
    Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı
    Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo
    UEFA Millətlər Liqası finalının ən yaxşı oyunçusu bəlli oldu
    Təzyiqi aşağı salan ən yaxşı MEYVƏ
    15 gün əvvəl kubok qazanmışdı - Bu gün istefaya göndərildi
    Yüz minlərlə maşın geri çağırıldı - Pulsuz təmir olunacaq
    Tıxaclar avtomobilin ömrünü necə "yeyir"?
    Millimiz Qazaxıstanı məğlub etdi
28-05-2025, 09:43

Əfv edilməyən Cahangir Hacıyev həbsdən BELƏ ÇIXA BİLƏR

Əfv edilməyən Cahangir Hacıyev həbsdən BELƏ ÇIXA BİLƏR

Əminə Hacıyeva qardaşının dövlətə sədaqətli olduğunu və 10 il cəza çəkdiyini əsas gətirərək, onun bağışlanmasını xahiş etmişdi - sabiq bankir mənimsədiyi vəsaiti dövlətə geri qaytarmayınca...

Son əfv sərəncamında 14 il Azərbaycanın ən böyük banklarından biri - Beynəlxalq Banka rəhbərlik etmiş Cahangir Hacıyevin adı yenə olmadı. C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. 2016-cı il oktyabrın 14-də 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin fevralında Bakı Apelyasiya Məhkəməsi onun cəza müddətini 3 ay azaldıb. Hacıyev günahını etiraf etməyib, müdafiəçiləri isə prosesi qərəzli adlandırıb. Mənimsənilmiş vəsaitin məbləği qeyri-rəsmi məlumatlara görə, 4 milyard manatdan çoxdur.

“Mənim qardaşım 10 ildir ki, həbsdədir. Hər əfv öncəsi ümidlənirik ki, bəlkə bu dəfə azadlığa çıxar. Bu il də ümid edirik. Çünki Cahangir ona verilən 16 illik cəzanın 10 ilini çəkib. Bir insan üçün ömrünün 10 ilini həbsxanada keçirmək ağırdır”. Bunu bir neçə gün əvvəl Gununsesi.info-ya açıqlamasında C.Hacıyevin bacısı Əminə Hacıyeva deyib.

Qardaşının əfv olunması üçün ölkə başçısına müraciət etdiyini vurğulayan Ə.Hacıyeva bildirib ki, o, 10 ildir ailəsindən təcrid olunub: “Qardaşım 10 ildir ki, övladlarının üzünü görə bilmir. O, həbs olunanda oğlanları balaca idi. İndi ali təhsil alıblar. Həbsdə olduğu müddətdə səhhətində çoxsaylı problemlər yarandı. Qardaşım dövlətə, dövlətçiliyə hər zaman sədaqətli olub”.

Ötən ilin mayında, yəni əfv sərəncamı imzalanması ərəfəsində sabiq bankir “effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq” 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası da keçirmişdi. Vəkilinin iddiasına görə, C.Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir. Vəkil bildirmişdi ki, C.Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edib.

Məlumdur ki, onun ölkənin maliyyə bazarında əsas fiqurlardan birinə çevrilməsində ləğv edilmiş MTN-in sabiq rəisi generalı Eldar Mahmudovla əlaqələri də əsas rol oynayıb. Uzun illər yaxın münasibətdə olan Cahangir Hacıyev və Eldar Mahmudov bu əlaqələrini quda olmaqla daha da möhkəmləndirdilər. Lakin hər iki şəxsin “ulduzu eyni vaxtda söndü”. Eldar Mahmudovun gedişi ilə bankirin də dəmir barmaqlıqlar arxasındakı yolu göründü.

Hüquqşünaslara görə, C.Hacıyev azadlığa çıxmaq istəyirsə, bu ona təxminən indiki bazar qiymətləri ilə 6 milyard manatdan bir qədər artıq vəsaitə başa gələ bilər. Yəni mənimsədiyi pulu faizi ilə dövlətə qaytardıqdan sonra azadlığa çıxması mümkün kimi görünür. Yeri gəlmişkən, bu ilin martında C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb. Məlumata görə, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur. Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Beynəlxalq Bankda baş verənlər təkcə dövlətin pulunun talanması deyil, eyni zamanda ölkədə bank sisteminə olan inamı ciddi zədələdi: “Cahangir Hacıyevin yüksəlişində təkcə bank sferasında bilik və bacarığı deyil, MTN-in sabiq rəhbəri Eldar Mahmudovla qohumluq əlaqələri dayanırdı. Buna görə də Eldar Mahmudovun "siyasi ulduzu" sönəndə, Hacıyevin də “toxunulmazlığı” aradan qalxdı. Və nəticədə, 2015-ci ildə o, çoxsaylı ittihamlarla həbs edildi. Cahangir Hacıyev 2016-cı ildə 16 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb. O zamandan bəri vəkilləri və ailəsi onun səhhətində problemlər olduğunu, saxlanma şəraitinin ağır olduğunu bildirərək əfv üçün müraciətlər edir. Bacısı Əminə Hacıyeva isə qardaşının dövlətə sədaqətli olduğunu, artıq 10 il cəza çəkdiyini əsas gətirərək, onun bağışlanmasını xahiş edib. Cahangir Hacıyev azadlığa çıxmaq istəyirsə, mənimsədiyi vəsaiti dövlətə geri qaytarmalıdır".

Natiq Ələsgərov deyib ki, əfv humanizm aktıdır, lakin dövlətin milyardlıq zərəri bərpa olunmadan, ictimai ədalət hissi də bərpa olunmur. Və bu səbəbdən cəmiyyət yalnız cəzanın müddətinə deyil, vəsaitin geri qaytarılıb-qaytarılmamasına baxaraq qiymət verir. C.Hacıyev azadlığa çıxmaq istəyirsə, təkcə hüquqi deyil, məsuliyyətini də qəbul etməlidir.

Qeyd edək ki, sabiq bankirin həyat yoldaşı Zamirə Hacıyeva da beynəlxalq miqyasda korrupsiyanın simvoluna çevrilmiş adlardan biridir. Londonda 14 milyon funt sterlinqlik malikanəsi və Askotda qolf klubu artıq satışa çıxarılıb. Əgər bu satışlardan gələn vəsait Azərbaycan dövlətinə yönləndirilərsə, bu da C.Hacıyevin azadlığına gedən yolda ilk real addım ola bilər. Azərbaycan cəmiyyəti son illərdə hüquqi ədalətin bərpasını tələb edən çoxsaylı halların şahidi olub. Və Cahangir Hacıyev məsələsi də bu kontekstdə mühüm sınaqdır...

E.MƏMMƏDƏLİYEV,
Musavat.com


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az