[center][/center]
Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus “DOKTA” MMC məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, Feyziyevin MMC-si ilə bağlı məhkəmədə iddianı Allahyarov Bəhruz Əliyulla oğlu qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı “DOKTA” MMC-nin ona vurduğu maddi ziyanı ödəməsini tələb edir.
“DOKTA”nın işinə 4 iyun tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.
Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az