• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 19-07-2025 Əşrəf Hakimi bu top modellə eşq yaşayır - FOTOlar
  • 19-07-2025 Birdən səhnədən yoxa çıxan 5 məşhur ulduz
  • 19-07-2025 Azərbaycanın ən çox qazanan 10 müğənnisi - İlk sırada ODUR
  • 19-07-2025 Ərdoğan və Putin regional məsələləri müzakirə edib
  • 19-07-2025 İlham Əliyev Xanyurdu kənd sakininə: Daha heç kim bizi bu yerlərdən çıxara bilməz
  • 18-07-2025 Nazim Eynallı – Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb - VİDEO
  • 18-07-2025 Baş beynin "susuzluq siqnalı" erkən insult riskini göstərə bilər
  • 18-07-2025 Bu vitaminlərə görə iydə yeyin
  • 18-07-2025 Ərdoğan: Suriyanın bölünməsinə icazə verməyəcəyik
  • 18-07-2025 Daha bir serial yayımdan qaldırıldı
  • 18-07-2025 "Artıq bacılarım evimə gəlmirlər"
  • 17-07-2025 HƏR SÖZÜM BİR NƏĞMƏDİR
  • 17-07-2025 Xırdalanda ağacların kəsilməsi ilə yeri açılan obyekt inşa olunur
  • 17-07-2025 Ronaldo yalnız bu oyunlarda oynaya bilər
  • 17-07-2025 Paşinyan Zəngəzur dəhlizi ilə bağlı etiraf etdi
  • 17-07-2025 Qohumunu 40 manat borca görə bıçaqladı - məhkəmədə azadlığa buraxıldı
  • 17-07-2025 İlqar İsmayılov azadlığa buraxıldı
  • 17-07-2025 Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər - SƏBƏB
  • 17-07-2025 İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər
  • 17-07-2025 Laçında turistlərin ehtiyatsızlığı yanğına səbəb oldu – Partlayış baş verdi

XƏBƏRLƏR

    Baş beynin "susuzluq siqnalı" erkən insult riskini göstərə bilər
    Bu vitaminlərə görə iydə yeyin
    Ronaldo yalnız bu oyunlarda oynaya bilər
    Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir
    Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
    37 il deputat olan siyasətçi kirayə haqqına görə mənzilindən qovuldu
    Bağça yaşlı uşaqlar neçə dil bilməlidir?
    Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından məhrum edildi
    70 qəpiyə satılan "ölüm içkiləri"
    Dünyanın ən nadir qan qrupu kəşf edildi
4-07-2025, 07:24

İlham Əliyev və Sadır Japarov Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər

İlham Əliyev və Sadır Japarov Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər


İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur.

Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.

Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.

Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış oldular. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində oldular. Dövlət başçıları burada yaradılan şəraitə baxdılar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.

Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər.

Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxdılar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.

Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Sonra prezidentlər İlham Əliyev və Sadır Japarov yeni mənzillərə köçən sakinlərlə görüşdülər.

Prezident İlham Əliyev dedi:

-Xıdırlı kəndinin əziz sakinlərini salamlamaq istəyirəm. Qarabağın bərpası və dirçəlişində göstərdiyi köməyə görə sizin adınızdan və bütün keçmiş köçkünlərin adından əziz Qardaşım, Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviç Japarova minnətdarlığımı bildirmək istəyirəm.

Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, "Manas" qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq. Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz. Əlbəttə, bizim uğurla reallaşdırdığımız "Böyük Qayıdış" Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir. Artıq dediyim kimi, bunun təşəbbüskarı Qırğızıstan Prezidenti olub. Bildiyiniz kimi, keçən ilin aprel ayında, - hətta məktəbin içərisində bir fotoşəkil də var, - Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik. Belə alındı ki, Xıdırlı kəndi də hazırdır - gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik.

Mən dəfələrlə Qırğızıstanda olmuşam. Sadır Nurqojoyeviç dəfələrlə Azərbaycanda olub. Bu, onun Qarabağ bölgəsinə ikinci səfəridir. Bu gün və sabah daha çox birgə tədbirlərimiz olacaq. Bu gün məktəbin açılışını uzun illər işğal altında olan Xıdırlı sakinlərinin - kimisi yataqxanada, kimisi də uşaq bağçası binalarında yaşayan sakinlərin vətənə qayıtmalarının birinci mərhələsinə həsr etdik. Çoxları 2007-ci ilə qədər çadır şəhərciklərində yaşayırdı. Onlar torpaqlarımızın işğal altında olduğu dövrün bütün çətinliklərini yaşayıblar. Amma ruhdan düşmədilər, inanırdılar, bilirdilər ki, biz bu torpaqlara, dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq. Biz qalib kimi, bu torpaqların sahibləri kimi qayıtdıq və buna görə də burada dağıdılan hər şeyi, - nəinki Ağdam şəhərində, bütün Ağdam rayonunda bir dənə də olsun dağıdılmayan tikili qalmayıb, - bu gün yenidən həyata qaytarırıq.

Sizin hamınızı ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Belə qardaşlıq hədiyyəsinə görə əziz qardaşım Sadır Nurqojoyeviçə minnətdarlığımı bildirir, Qırğızıstan və Azərbaycan xalqlarına sülh, firavanlıq, inkişaf və əmin-amanlıq arzulayıram. Qırğızıstanın kiçik bir parçası artıq həmişə burada, sevimli Ağdam torpağımızda qalacaq. Təbrik edirəm sizi.

Prezident Sadır Japarov: Hörmətli Xıdırlı kəndinin sakinləri.

Hörmətli bacılar və qardaşlar.

Sizə Qırğızıstan xalqının səmimi salamlarını çatdırır və Azərbaycan xalqına dərin ehtiramımı bildirirəm. Biz indicə Azərbaycanın Xıdırlı kəndində Manas adına orta məktəbi açdıq. Əminəm ki, bu tarixi hadisə mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir. Arzu edirəm ki, bu məktəbin şagirdləri həmişə ən uğurlu və ən yaxşı olsunlar. Uğurlar.

X X X

Sonra mənzillərin açarlarının təqdimetmə mərasimi keçirildi.

X X X

Sakin: Cənab Prezident İlham Əliyev, bizə yaratdığınız şəraitə görə Sizə xüsusi təşəkkür edirik. Kəndimizi işğaldan azad etdiniz, burada bizim üçün evlər inşa etdirdiniz. Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

Kişi sakin: Hörmətli Qırğız Respublikasının Prezidenti, Sizə uzun ömür arzulayıram.

Prezident Sadır Japarov: Mən sizi bir daha yeni evlərinizlə bağlı təbrik edirəm. Sizə xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram. Prezidentiniz İlham Heydər oğlu Əliyevi qoruyun. O, düzgün xarici siyasət sayəsində bu torpaqları sizə qaytarıb. Bu gün artıq öz evləriniz var. Bir daha təbrik edirəm.

Qadın sakin: Sizi qədim Qarabağ torpağında, Xıdırlı kəndində görməkdən məmnunuq. Hörmətli cənab Prezident Sadır Japarov, bu məktəbin inşasına verdiyiniz töhfəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Səmimi təşəkkürümüzü və hörmətimizi qardaş qırğız xalqına çatdırmağınızı xahiş edirik.

Hörmətli cənab Prezident İlham Heydər oğlu, bu gün Sizi kəndimizdə görməkdən çox şadıq. Biz Sizi çox sevirik. Bizə hədiyyə etdiyiniz bu evlərə görə Sizə təşəkkür edirik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az