Azərbaycanın növbəti peykininin orbitə buraxılacağı vaxt açıqlandı
İqlim dəyişikliyinin izlənilməsinə görə kosmik cihazlar əsas vasitələrdən biridir. Hazırda dünya üzrə 160-dan çox kosmik aparatda iqlim dəyişikliyini ölçmək mümkündür.
Nyus.Az APA-ya istinadən bildirir ki, bunu "Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı əldə olunan məlumatların məhz 60 faizi kosmosdan əldə olunan informasiyalardır.
S.Əsədov bildirib ki, hazırda kosmik agentlik işğaldan azad olunan ərazilərdə bütün parametrlərə uyğun olaraq fəaliyyətini davam etdirir.
Sədr həmçinin növbəti peyk layihələrinin davam etdirildiyini də bildirib: "Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük".