“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən nə qədər neft nəql edilib?
Cari ilin yanvar-oktyabr ayları üzrə respublikada 25,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, Respublika üzrə neft hasilatının 15 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 3,6 milyon tonu (kondensat) "Şahdəniz"in, 0,2 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,5 milyon ton təşkil edib.
Hesabat dövründə 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 milyon tonu konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari il noyabrın 1-dək 625,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 581,9 milyon ton neft, "Şahdəniz"dən isə 43,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 623,7 milyon tonu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar-oktyabr ayları üzrə 5,5 milyon ton təşkil edib.