• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 14-06-2025 Bu gün "Son Zəng"dir
  • 12-06-2025 Kür və Araz çaylarında milyonlar hara axır?
  • 12-06-2025 "Alatavada həyətində sarımsaq, qatıq satırdı"
  • 12-06-2025 Bu 6 peşədə işləyənlər diqqətli olsun - Xərçəng riskini artırır
  • 12-06-2025 Azərbaycanda Şadlıq evində baş verən yanğın söndürülüb - yenilənib
  • 12-06-2025 Bu şəxslər Rusiyanı təcili tərk etməlidir
  • 11-06-2025 Göygöl Peşə Məktəbində rüşvət, saxta diplom və yeyinti iddiaları
  • 11-06-2025 Prezident İlham Əliyev Xaçmazda avtomobil yolunun təmirinə 1,5 milyon manat ayırdı
  • 11-06-2025 Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi
  • 11-06-2025 Dollar bu qiymətə satılacaq - Günün RƏSMİ MƏZƏNNƏSİ
  • 11-06-2025 Ofelya Şabanovanın ərinin "xəyanət" VİDEOsu yayıldı: efirdən ağlayaraq GETDİ
  • 11-06-2025 Regionda səngər hərəkəti: Beş ölkənin XTQ-si Bakıda döyüş ssenarilərini planlaşdırır!
  • 10-06-2025 Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
  • 10-06-2025 Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı
  • 10-06-2025 Çimərliklər mövsümə hazırdır? - VİDEO
  • 10-06-2025 Rusiya Kiyevə genişmiqyaslı dron və raket hücumu həyata keçirdi
  • 10-06-2025 Ən şiddətli döyüşlərin getdiyi yerləri açıqladı
  • 10-06-2025 Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo
  • 10-06-2025 UEFA Millətlər Liqası finalının ən yaxşı oyunçusu bəlli oldu
  • 10-06-2025 Təzyiqi aşağı salan ən yaxşı MEYVƏ

XƏBƏRLƏR

    Bu 6 peşədə işləyənlər diqqətli olsun - Xərçəng riskini artırır
    Regionda səngər hərəkəti: Beş ölkənin XTQ-si Bakıda döyüş ssenarilərini planlaşdırır!
    Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı
    Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo
    UEFA Millətlər Liqası finalının ən yaxşı oyunçusu bəlli oldu
    Təzyiqi aşağı salan ən yaxşı MEYVƏ
    15 gün əvvəl kubok qazanmışdı - Bu gün istefaya göndərildi
    Yüz minlərlə maşın geri çağırıldı - Pulsuz təmir olunacaq
    Tıxaclar avtomobilin ömrünü necə "yeyir"?
    Millimiz Qazaxıstanı məğlub etdi
7-06-2025, 08:33

Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?

Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?


Qurban bayramı ilə əlaqədar vətəndaşlar rayonlara üz tutur. Bu, qiymətlərə də təsir edir.

Trend-ə açıqlama verən turizm üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, bayram günləri ilə əlaqədar olaraq ölkədə səyahət edənlərin, daxili turistlərin sayı artıb:

"Bu, regionlara gedənlərin sayına da müsbət təsir göstər. Əvvəlki illərdə müşahidə etmişik ki, qiymətlər həmin dövrlərdə kəskin artır. Pandemiya dövründə də biz daxili tələbatın ciddi şəkildə artdığını müşahidə etdik. 2019-cu ildə ölkə xaricinə 5 milyondan çox Azərbaycan vətəndaşı səyahət edirdi. Lakin indiki halda xarici səfərlər öz sayını bərpa etməyib. Səfərlərin sayı hələlik yarıya qədər bərpa olunub. Bu, o deməkdir ki, daxili tələb hələ də yüksəkdir".

Ekspert bildirib ki, tələbin yüksək olduğu dövrdə bazara yeni hotellər, kənd evləri, villalar, müxtəlif apartmanlar daxil oldu:

"Bu da istehlakçıların xeyrinə alternativ qalma yerləri kimi təklif edildi. Bunlar qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Əvvəlki illərlə müqayisədə, kəskin bahalaşma və yer çatışmazlığı müşahidə olunmur. Hətta keçən ilə nisbətən qiymətlər daha uyğundur".

C.Aşurov qeyd edib ki, bu dövrdə bölgələrə də səfərlər artır:

"Ənənəvi olaraq Qəbələ, Şamaxı, Quba, Qusar, Şəki istiqamətlərində qiymətlər daha yüksəkdir. Çünki bu bölgələr həm də xarici turistlərin səfər etdiyi bölgələrdir. Amma yollar düzəldikdən sonra cənub bölgəsi, sürət qatarı açıldıqdan sonra Gəncə regionu turistlər üçün marağa səbəb olur. Çünki bu istiqamətlərdə qiymətlər hazırda daha əlverişlidir".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Trend-ə bildirib ki, rayonlarda kirayə qiymətləri turist axını ilə əlaqədar artıb:

"Ümumiyyətlə, mövsümlə əlaqədar olaraq rayonlara üz tutanların sayı artıb. Qiymətlərdə də müəyyən artımlar müşahidə olunur. Məsələn, gündəlik 50 manat qiymətə kirayə verilən evlər hazırda 70-80 manata təklif olunur. Gündəlik 100 manata təklif olunan mənzillərin qiymətləri isə 130-150 manat aralığında dəyişir. Bu da regiona turist axınından asılıdır".

Ekspert qeyd edib ki, artımlar Bakıya yaxınlıq dərəcəsinə, infrastrukturuna görə dəyişir:

"Müşahidələr göstərir ki, ən yüksək qiymətlər Quba-Xaçmaz iqtisadi rayonu üzrə qeydə alınır. Xüsusilə Quba daha sonra isə Qusar rayonu burada ilk yerlərdə qərarlaşır. Daha sonra isə Şamaxı-İsmayıllı iqtisadi rayonu gəlir. Əvvəllər bu iqtisadi rayonda infrastruktur problemləri olsa da, Prezident İlham Əliyevin səfərindən sonra bu problemlər aradan qaldırıldı. Artıq yolun Şamaxıdan İsmayıllıya qədər olan hissəsi istifadəyə verilib. Qəbələ istiqamətində müəyyən çətinliklər var.

Cənub zonasında da müəyyən qiymət artımları müşahidə olunur. Bütövlükdə isə artımlar sadaladığım 3 bölgənin xeyrinə dəyişir".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az