Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik? - VİDEO
Bələdiyyə sənədi olan elə torpaq sahələri var ki, onları almaq riskli deyil. Amma bu zaman bəzi məqamlara diqqət etmək çox vacibdir.
Nyus.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hüquqşünas Şamil Paşayev bildirib ki, müəyyən arxiv sənədləri torpaq sahəsinin qeydiyyata alınmasında mühüm rol oynayır.
Onun sözlərinə görə, çıxarış 1 dekabr 2007-ci ilə qədər olan bələdiyyə sənədlərinə verilir. Bunun üçün bələdiyyənin protokolu, alqı-satqı sənədi və s. lazımdır.