Lənkaran meşəsində kütləvi ağac kəsimi və torpq daşınması həyata keçirilir.
Bu barədə Ekologiya.az-a video və fotolar göndərilib.
Yaşıllıq əraziyə qənim kəsilənlər, gündüzlər meşenin dərinliklərində qiymətli gənc ağacları kəsib toplayır, gecələr isə gizlicə yük maşınlarla daşındığı bildirilir.
Meşəni qazıb torpaq daınması da yük maşınının izlərindən fotoda aydın görünür, bu vəziyyətə nail olanlar həm ərazini mal - heyvan otlağına çevib həm də yaşıllığa ciddi ziyan vururlar həmçinin meşə torpaqlarını "dədəmalı" kimi satılar.
Bütün bunları kimlər nə üçün etməsi məlum olsa da Lənkaran rayon meşə rəhbərliyi və gözəçiləri hələ də susurlar.
Ekologiya və təbii sərvətlər nazirliyinin mərkəzdə və regionlarda apardığı ekoloji tənzimləmələr, salınan böyük yaşıllıqlar, kadr islahatlarına baxmayaraq yenə də meşələrimiz ciddi problemlərlə qarşı- qarşıyadır.
Qeyd edək ki, Ekologiya və təbii sərvətlər nazirliyinin 1 saylı regional ekologiya idarəsi Lənkaran şəhər Osaküçə kənd ərazisində yerləşən meşəsində dəfələrlə reydlər aparıb, aktlar tərtib edib. Buna baxmayaraq görünür yaşıllığa qənim kəsilənlər mənafeləri uğrunda qanunları heçə sayıb, yaşıl dünyamızı qaraldırlar. //Ekologiya.az//
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!