• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 07-12-2023 BŞTİ-dən zəlzələ ilə bağlı AÇIQLAMA
  • 07-12-2023 Zəlzələ ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: Hazır olmalıyıq
  • 07-12-2023 Zəlzələ ilə bağlı valideynlərə XƏBƏRDARLIQ - VİDEO
  • 07-12-2023 Bakıda yenə zəlzələ olacaq? - Vacib Açıqlama
  • 07-12-2023 TƏBİB-dən zəlzələ ilə bağlı SON DƏQİQƏ MƏLUMATI
  • 07-12-2023 Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçdi
  • 07-12-2023 Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb - SİYAHI
  • 07-12-2023 Bakıda GÜCLÜ zəlzələ oldu - QORXUNC SANİYƏLƏR
  • 07-12-2023 Azərbaycanda zəlzələ baş verdi
  • 07-12-2023 Azərbaycanda ər arvadını qardaşına çay verdiyi üçün döyüb - VİDEO
  • 07-12-2023 Bu 8 nevroloji xəstəlik B12 əskikliyindəndir
  • 07-12-2023 Limondan 100 dəfə güclü və faydalı - Bütün mikrobları öldürür
  • 07-12-2023 Məşhur fenomen dekoltesi ilə diqqət çəkdi - FOTOlar
  • 07-12-2023 Əsəb və psixi problemlər bağırsaqlardan qaynaqlanır - Problemini axtar
  • 07-12-2023 G7 Qəzza ilə bağlı bəyanat qəbul etdi
  • 07-12-2023 Oturaq sinirin xəstəliyi: İŞİAS - Bütün ayağa yayılan ağrı
  • 07-12-2023 Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi
  • 07-12-2023 Qırmızı xalçada öpüşdülər - FOTOlar
  • 07-12-2023 Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub
  • 07-12-2023 Bu şəxslər təhsil xərclərinin əvəzini ödəyəcək

XƏBƏRLƏR

    Bu 8 nevroloji xəstəlik B12 əskikliyindəndir
    Limondan 100 dəfə güclü və faydalı - Bütün mikrobları öldürür
    Əsəb və psixi problemlər bağırsaqlardan qaynaqlanır - Problemini axtar
    Oturaq sinirin xəstəliyi: İŞİAS - Bütün ayağa yayılan ağrı
    Şüyüd toxumunun bilmədiyiniz 10 faydası - Hər gün qəbul edin
    Bütün xəstəlikləri müalicə edən meyvə - Azərbaycanda da bitir
    Uzun ömürlülüyü hansı yolla təmin etmək olar?
    3 saat oturmaq sağlamlıq üçün ciddi təhlükədir
    Bu 5 qida sizi xəstəliklərdən qoruyacaq
    Bu peyvənd infarkt riskini 26% azalda bilər
1-11-2023, 09:57

Bura xəstəxanadır, yoxsa kiminsə ÖZƏL OBYEKTİ? - İTTİHAM VAR...

Bura xəstəxanadır, yoxsa kiminsə ÖZƏL OBYEKTİ? - İTTİHAM VAR...


TƏBİB-in ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ) yaradılmasını kimlərsə, guya səhiyyə sahəsində islahat kimi qələmə verməyə çalışsa da, amma əslində bu qurum ölkə səhiyyəsində ciddi problemlər yaradıb.
Uzun-uzadı bəhs etmədən qeyd edək ki, TƏBİB-in yaradılması səhiyyə sahəsində paralellik, loru dildə desək ikitirəlik yaratdı. Və vətəndaşlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qaldılar.
Sözün qısası, TƏBİB-in rəhbərliyinin islahat adı altında apardığı dəyişikliklər bu gün iflasa uğrayıb. Axı, hansı islahatdan danışmaq olar..? Məgər bir rayonun ərazisindəki bütün xəstəxanaları, poliklinikaları birləşdirib Tibbi Mərkəzə tabe etmək və ora da kimisə rəhbər təyin etmək islahatdır..? Bütün bunlar azmış kimi TƏBİB rəhbərliyi qısa zamanda peşəkar, təcrübəli həkimləri müxtəlif səbəblərdən işdən azad edərək onların yerinə öz dost-danışlarını təyin etdilər.
Təsəvvür edirsiniz, tibbi təhsili olmayanlar, saxta diplom sahibləri Tibb Mərkəzlərində yüksək vəzifə tutdular. Bir soruşan olmadı ki, bu şəxslərin adi tibbi təhsili yoxdur. TƏBİB rəhbərliyinin göstərişi ilə yeni yaradılan Tibb Mərkəzlərinin rəhbərləri saxta tenderlər adı altında milyonlarla dövlət vəsaitini mənimsədilər, daha doğrusu, TƏBİB rəhbərliyi ilə bölüşdülər. Dəfələrlə yazdığımız kimi, bu əslində rüşvət və korrupsiyanın bir əldə cəmlənməsi idi. Belə Tibb Mərkəzlərindən biri də Qobustan Mərkəzi Xəstəxanasıdır. İndi haqqında bəhs edəcəyimiz şəxs isə Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminin inzibati məsələlər üzrə müavini Kərimov Bəhmən Bəxtiyar oğludur.
Məlumat üçün onu da qeyd edək ki, Bəhmən Kərimov Azərbaycan Dövlət Tibb Universitetini deyil, özəl Azərbaycan Beynəlxalq Universitetini bitirib. Sonra ikinci ali təhsil alıb. Deməli, Bəhmən Kərimov saxta yol vərəqələri yazaraq olmayan təcili yardım çağırışları adı altında kifayət qədər pul mənimsəyir. Bu hələ harasıdır..? Belə ki, Qobustan RMX-də xəstəlik kağızı, sürücülərə tibbi arayışların verilməsi adı altında pullar yığılır. Xəstəxanada cari xərclər, yanacaq təminatı adı ilə hər ay xeyli miqdarda dövlət vəsaiti mənimsənilir. Daha sonra bu xəstəxananın adı mediada saxta əlillik dərəcəsi verilməsi ilə bağlı dəfələrlə hallanıb. Hətta yalandan hər ay 50 nəfərin guya xəstəxanada yatmasını ( ambulator müalicə ) kağız üzərində yazıb, onlara ayrılan qida və ərzaq məhsullarını satırlar. Bundan əlavə Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaşları da mənimsənilir. Sözün qısası, Bəhmən Kərimov Qobustan Mərkəzi Xəstəxanasını şəxsi obyekti kimi istifadə edir. Kimsə irad bildirsə, Bəhmən Kərimov deyir ki, arxamda TƏBİB-in departament rəhbəri Nurlan Quliyev dayanır.
Biz hələ Kərimov Bəhmən vəzifəyə təyin olunar-olunmaz özünə Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun kənarında böyük bir restoran tikməsindən danışmırıq. Bizim bir media olaraq Bəhmən Kərimovun əməlləri barədə 13.07.2023- cü il tarixli araşdırma yazımızdan sonra redaksiyamıza daxil olan məlumata görə, Bəhmən Kərimov TƏBİB-ə çağırılıb. Amma.... Əmması odur ki, yenə TƏBİB-in İnzibatı İdarəetmə Departamentinin rəhbəri Nurlan Quliyev dostu və şəriki Bəhmən Kərimovu qoruya bilib. Və Bəhmən Kərimov bütün baş verən qanunsuzluqları işdən çıxarılan keçmiş direktor Hüseyn Şahmaliyevin üzərinə atıb. Və bu gün Bəhmən Kərimov yenə də köhnə əməllərindən əl çəkmir, qanunsuz əməllərini bir az da artırıb. Bu dəfə Bəhmən Kərimovun saxta möhürü ("Nəzarətdədir" yazılan halbuki heç bir yerdə qeydiyyatı yoxdur) vasitəsiylə yazılan qaimərini təqdim edəcəyik. Bu şəxslər benzin pulunu Bəhmən Kərimova ödəyərək qaimə vasitəsiylə benzin götürürlər. Sual olunur ki ay "Bəhmən müəllim" yazdığın 240 litr dizeli hansı maşının yanacaq çəni tutur?
Onu da qeyd edək ki, monitorinq yoxlaması zamanı Bəhmən Kərimovun atasına aldığı sağlamlıq kağızının dövlət rüsumu olan 40 manat 20 qəpik ödəmədiyi aşkar olunub. Yoxlama üzvləri qeyd etmişdir ki müavin bunu etdikdən sonra başqalarına nə deyək. Bundan başqa Bəhmən Kərimov direktor tərəfindən dəfələrlə təşəkkür almış sürücünü saxta yol vərəqələrinə qol çəkmədiyi üçün işdən çıxarmaqla hədələyir, səsini yazdiraraq şantaj edir. Həmin işçini maşına mindirdiyi üçün digər işçidən izahat almış, digər işçilərə ona salam verməyi belə qadağan etmişdir.
Bəhmən Kərimovun qəzəbinə tuş gələnlərin biri də baş təsərrüfat bacısıdır. Xəstəxanaya ayrılan yuyucu vasitələrinin və ləvazimatlarının saxta silgisinə qol çəkməyi və təzə açılan kafesinin təmizliyi üçün xadimələr göndərməyi ondan tələb etmişdir. Bundan imtina etdiyi üçün üzünə adam durquzaraq tibbi şuraya çıxartmış lakin məqsədinə nail ola bilməmişdir. Hər iki işçi müvafiq orqanlara şikayət etdiyi üçün araşdırma gedir. Bəhmən Kərimov həmkəndlisi Dəstək xidmətləri şöbəsinin müdiri Anar Hüseynovla birləşərək xəstəxananı talan edirlər. Hüseynov Anarın halbuki heç bir ali təhsili yoxdur.
//gundelik-baku.com//

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az