Fransalı dermatoloqlar koronavirusun indiyədək qeyd edilməyən daha bir simptomunu aşkar ediblər.
Nyus.Az saglamolun.az-a istinadən bildirir ki, Dermatoloq və Veneroloqların Milli Sindikatının əməkdaşları koronavirusa yoluxanlarda övrəyə bənzər səpkilər təsbit edib.
Bu simptomu müşahidə edən 400-dən çox mütəxəssis onların bəzi hallarda ağrılı olduğunu bildirib.
Hələ ki bu qırmızı ləkələrin mənşəyini müəyyən etmək mümkün olmayıb. Alimlər hesab edir ki, səpki orqanizmə düşən infeksiya ilə bağlıdır.
ƏTRAFLI
Project GLO
Onlar insanları respirator əlamətlər olmadıqda belə dəridə yaranan səpkilərə diqqət yetirməyə çağırıb.
Nyus.Az