Saat istehsalçısı Casio bazarda Pro Trek WSD-F21HR adlı cihaz təklif edərək, ağıllı devayslar xəttinin genişləndirilməsini elan edib.
Nyus.Az ted.az-a istinadən bildirir ki, ağıllı saat gözəl stilə malik korpus, eləcə də təkmilləşdirilmiş xüsusiyyətlərə sahibdir. Bazarda onun qiyməti 500 dollara qədər olacaq. Təklif olunan Pro Trek WSD-F21HR modeli 1,32 düymlük ikili ekrana sahibdir. Bundan əlavə, ağıllı saatların ən böyük yeniliyi sələfində istifadə edilməyən ürək döyüntüləri ötürücüsünün tətbiqidir.
Yeni model saat sahibinin yerini təqib edə biləcək quraşdırılmış GPS moduluna malikdir. Yeniliyin üstünlükləri arasında MIL-STD-810G-in etibarlılıq standartı da səsləndirilib. Ağıllı saat 50 metrə qədər dərinliyə batırıla bilər.
Nyus.Az