Belçikan Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldonun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib ediblər.
Nyus.Az offsideplus.az-a istinadən bildirir ki, VAEP adlanan formulda yalnız qol və məhsuldar ötürmələri deyil, zərbə, driblinq, sürüşmə fəndi və digər elementləri də nəzərə alıblar.
Alimlər hesablamaları hər iki hücumçunun 2013-2018-ci illər ərzində sərgilədikləri oyunlar əsasında aparıblar. Araşdırmada iştirak edən universitetin aspirantı Tom Dekrosun sözlərinə görə, ilk mövsümlərdə Messi və Ronaldonun göstəriciləri demək olar ki, eyni olub: "Lakin 2015/2016 mövsümündən etibarən Messi məşhur rəqibini ötməyə başlayır".
Bildirilir ki, Messinin bir oyun üçün VAEP göstəricisi 1,21, Ronaldoda isə 0,61-dir.
Nyus.Az