Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib. Nyus.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Zarya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 70-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
"Aleksandriya" 4 turdan sonra 6 xalla 12 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Nyus.Az