"Snap" şirkəti "Spectacles" "ağıllı" eynəklərinin yeni nəslini buraxıb.
Nyus.Az ted.az-a istinadən bildirir ki, bu, artıq dəbdə olan aksessuarın üçüncü nəslidir. Bu dəfə onu daha bahalı materiallardan düzəldərək, iki kamera ilə də təchiz ediblər. "Spectacles" günəş eynəyinin çərçivələri metaldan hazırlanıb.
"Snapchat" əlavəsinin özünə artıq 3D effektləri əlavə edilib, lakin bu, yalnız yeni "ağıllı" eynək sahibləri üçün mövcud olacaq.
"Spectacles" 3 kameralarından foto, eyni zamanda digər materiallar "Snapchat" və YouTube-a göndərilə bilər. İstehsalçının sözlərinə görə, eynəyin içərisində quraşdırılmış batareya 70 video və 200 fotoşəkil üçün kifayətdir.
Daxili 4 GB fləş yaddaş 100 video və ya 1200 şəkil saxlamaq üçün bəs edir. Eynəklərin doldurulması xüsusi keys vasitəsilə həyata keçirilir - o, 1 saat 15 dəqiqədə smart-eynəyin akkumulyatorunu yükləyir.
"Spectacles" satışa sentyabrın 3-ündə 380 dollar qiymətinə çıxarılacaq. Müqayisə üçün qeyd edək ki, keçmiş nəsil "Spectacles" 150 dollar dəyərində olub.
Nyus.Az