(Ayətullah Cavad Amulinin əxlaq dərslərindən)
Bəzən insan çarəsiz bir vəziyyətə düşər və üzünü Allaha tutub dua edər. Bu zaman bütün fikiri və diqqəti Allahda olar. Allah belə bir duanı qəbul edər. Çünki insan həmişə dua edə bilər. Ancaq bu zaman fikiri və diqqəti zahiri əşyalara cəlb olunar və bu dua həqiqi dua olmaz. Bütün diqqətini Allaha verə bilməz. İnsan o zaman bütün diqqəti ilə Allaha dua edər ki, çarəsiz və müşkül bir vəziyyətə düşər.
Nyus.Az deyerler.org-a istinadən bildirir ki, bu vəziyyətdə olan insan bilir ki, onun düyününü Allahdan başqası aça bilməz. Elə bu zaman ürəyi və ruhu ilə Allaha diqqət edər və bu dua sadiq dua olar. Yəni çağırdığı varlıq - ancaq Allahdır. Belə bir duanı Allah qəbul edər.
"Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar". ("Bəqərə" 186).
"(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs?". ("Nəml" 62).
Elm insanı çarəsiz etməz, əxlaq insanı çarəsiz etməz. Ancaq biz möhtac bir varlıq olduğumuz üçün biz İlahi Zata qarşı çarəsizik. Ancaq o kəsin ki, qardaşı və ya atası əməliyyat masasındadır, onun yangılı duasını Allah daha tez eşidər.
İmam Həsən (ə) buyurur: "Mən Həsən ibni Əli (ə) zamin oluram ki, əgər kimsə riza məqamına çatar, duası qəbul olar".
İmam Sadiqə (ə) sual verirlər ki, bizim dualarımız niyə qəbul olmur? Buyurur: "Çünki o Kəsi çağırırsınız ki, Onu tanımırsınız".
Ali məktəblərdə və hövzələrdə təhsil alanlar bilir ki, Allah Vacibəl-vücüddur. Ancaq bu bürhan məsciddə və Hüseyniyyədə olanların dərdinə dəyməz. Onlar üçün elə bir hal lazımdır ki, çarəsizlərin halına bənzəyər. Elə bir hal ki, günahın iyi gələn kimi ondan qaçsınlar, heç bir zaman dinin buyurduqlarının əleyhinə iş görməsinlər. Bu halda Allaha dua etsinlər. Belə olan zaman insan Allahı hiss edər və səsini eşidər.
Beləliklə, dua o zaman qəbul olunan dua olar ki, insan bütün qəlbi və dili ilə Allaha diqqət edər və Ondan başqa heç kimi görməz və heç kimə diqqət etməz. Belə bir dua - qəbul olan duadır.
Nyus.Az