Azərbaycanlı idmançı Amin Məmmədzadə Gürcüstanda K1 qaydaları ilə keçirilən RMG Cup beynəlxalq kikboksinq turnirinin qalibi olub.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, altı ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, İran və Ukrayna idmançılarının yarışdığı turnirdə Amin Məmmədzadə öz çəki kateqoriyasında hamıdan güclü olub.
Qeyd edək ki, Amin Məmmədzadə "Qızıl Əlcək" klubunun üzvüdür.
Nyus.Az