Türkiyə superliqasında 15-ci tura yekun vurulub.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, lider "Başakşəhər" səfərdə "Ankaragücü" qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0. "Kasımpaşa" isə doğma meydanda autsayderlərdən olan "Kayserispor"a gözlənilmədən uduzub - 0:3
"Kasımpaşa" - "Kayserispor" - 0:3
Qollar: Şeri, 21-pen, Turuc, 70, Mensah, 80
"Ankaragücü" - "Başakşəhər" - 0:1
Qol: Viska, 8
Qeyd edək ki, turnir cədvəlinə 33 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" və "Antalyaspor" hərəyə 26 xalla 2-3-cü pillələri bölüşdürür.
Nyus.Az