"Monako"nun kolumbiyalı futbolçusu Radamel Falkaoya doğma şəhəri Santa-Martedə heykəl qoyulub.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, 6 metrlik abidə ağ rəngdədir. Onun hazırlanmasına 3 milyon dollardan çox pul xərcləndiyi bildirilir. Maraqlıdır ki, heykəl Falkaoya heç bənzəmir. İdmançının fanatları təşkilatçıları tənqid atəşinə tutublar.
Qeyd edək ki, 32 yaşlı forvard Kolumbiya millisində 79 oyuna çıxıb və 31 qol vurub.
Nyus.Az