Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, bütün oyunlar eyni gündə keçiriləcək. Bununla da pley-offa yüksələn komandalar bəlli olacaq.
Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" (Qazaxıstanın ) səfərdə Xorvatiyanın "Dinamo" klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin "Fənərbağça" klubu isə öz meydanında "Benkifa" ilə üz-üzə gələk. İstanbul təmsilçisi səfərdə baş tutan ilk qarşılaşmada minimal hesabla uduzub - 0:1.
14 avqust
Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları
20:30. "Dinamo" (Kiyev, Ukrayna) - "Slaviya" (Praqa, Çexiya)
İlk oyun - 1:1
21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 1:0
21:30. "Spartak" (Moskva, Rusiya) - "PAOK" (Yunanıstan)
İlk oyun - 2:3
22:00. AEK (Yunanıstan) -"Seltik" (Şotlandiya)
İlk oyun - 1:1
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)
İlk oyun - 2:0
22:00. "Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya)
İlk oyun: 0:1
22:00. "Videoton" (Macarıstan) - "Malmö" (İsveç)
İlk oyun - 1:1
22:15. "Şkendiya" (Makedoniya) - "Zalstburq" (Avstriya)
İlk oyun - 0:3
23:30. "Ayaks" (Hollandiya) - "Standard" (Belçika)
İlk oyun - 2:2
23:30. "Spartak" (Trnava, Slovakiya) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 1:1
Nyus.Az