Futbol üzrə İngiltərə çempionatının 18-ci turu matçında "Liverpul" komandası doğma meydanında "Börnli"yə məğlub oldu.
Nyus.Az Trend-ə istinadən bildirir ki, görüş 0:1 hesabı ilə başa çatıb.
Oyunda yeganə qolu Eşli Barnes penaltıdan vurdu (83-cü dəqiqə).
Qeyd edək ki, "Liverpul" liqada ardıcıl 68 matçda məğlub olmayıb, komanda son dəfə 2017-ci ilin aprelində "Enfild" stadionunda "Krista Peles"a məğlub oldu (1:2).
Nyus.Az