Apple şirkətinin daha bir yeni məhsulu olan iPad mini 6 haqqında detallar ortaya çıxıb.
Nyus.Az ted.az-a istinadən bildirir ki, sızdırılan məlumatlara görə, cihazın ekran ölçüsü sələflərini nisbətən daha böyük olacaq. 2019-cu ildə satışa çıxarılan 5-ci nəsil iPad mini-də 7,9 düymlük ekrana yer verən Apple 6-cı nəsil iPad mini-də 8,4 düymlük ekran istifadə edəcək.
Daha nazik ekran çərçivəsinə sahib olacağı iddia edilən planşetin dizaynının iPad Air 3-ə bənzəyəcəyi sızdırılan detallar arasındadır.
Bundan başqa, cihazın Touch ID texnologiyasına sahib olacağı deyilir.
Planşetin martda təqdim ediləcəyi iddia olunur.
Nyus.Az