Türkiyənin "Qalatasaray" klubunda futbolçular, məşqçilər heyəti və texniki işçilər növbəti dəfə koronavirus testindən keçiblər.
Nyus.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, bütün testlərin nəticəsinin mənfi olduğu bildirilib.
"Sarı-qırmızılar" bu gündən etibarən klubun bazasında qrup şəklində hazırlığı bərpa edəcəklər.