Əməkdar artist Elza Seyidcahan polisə şikayət edib.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb müğənninin adından sosial şəbəkədə yayılan şeir olub. Bu haqda Seyidcahan "Hər şey daxil" verilişində deyib. O bildirib ki, siyasi mövzuda şeir yazmır:
"Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Adımdan yazılan bütün şeirləri yayanları tapsınlar. Həmin şeirləri mən yazmıram. Özü də mənim adımdan siyasi xarakter daşıyan şeirlər yayırlar".
Nyus.Az