Əməkdar artist Röya Ayxan əsgərlikdən qayıdan qardaşı İsmayıl Nəcəfovla duet oxuyub.
Milli.Az xəbər verir ki, hərbi xidmətini başa vuran İsmayıl Nəcəfov instaqramda bacısı ilə videosunu paylaşıb. "Sənə inandığım günə daş düşəydi, sevgilim" adlı mahnını oxuyan müğənnini qardaşı gitarda müşayiət edib. Sözügedən kadrlar sosial şəbəkədə marağa səbəb olub.
Məlumat üçün bildirək ki, Röyanın iki qardaşı anaları ilə birlikdə 4 yaşından İstanbulda yaşayır. Müğənniliklə məşğul olan İ.Nəcəfov ötən ilin yanvarında hərbi xidmətə yollanmışdı. (publika.az)
Nyus.Az