Müğənni Roza Zərgərli “Maşın” şounun keçmiş iştirakçısı Cavidan Novruzun sosial şəbəkədə Hüseynə ünvanlandığı fikirlərə münasibət bildirib.
O, canlı efirdə Cavidanın "Hüseyn, Rozaya dedin ki, “mama”, “papa” ilə siqaretə çıxa bilərəm?" açıqlamasına aydınlıq gətirib:
“Cavidan yalan danışır. Abbas heç siqaret çəkmir. Yalan deməsi buradan bilinir. Artıq şərhə ehtiyac yoxdur”.
Qeyd edək ki, "Maşın" şouda Hüseyn Əzizoğlunun əməkdar artist Abbas Bağırovu qəfildən çıxartmasına Cavidan belə münasibət bildirmişdi:
“Yarışmadan çıxan günü şokda idim. Bu gün lap şoka düşdüm. Heç yadımdan çıxmaz, oteldə Roza xanıma dedin ki, mama, papa siqaret çəkməyə çıxıb. Olar mən də çıxım? Bunu deyən adamsan. Adam atasının kürəyindən vurar? Sən Abbası çıxarmaqla düz eləmədin. Ona ata kimi baxırdın. Mənim getməyim üçün imkanlı dostlarından səs istəyən xanım sabah səni də oyundan uzaqlaşdıracaq".
Könül
Musavat.com