“Məni istəyən yoxdur” – İlahə ailə qurmasından danışdı - VİDEO
“ARB Ulduz”un “Virtual Həyat” verlişinin növbəti qonağı müğənni İlahə İbadova olub.
Müğənni hər şeydən bezib tərki-dünyalığa çəkilmə səbəbini izah edib:
“İnsan elə vaxtlar olur ki, heç kimi görmək istəmir. Bu, həyatı yorğunluq ola bilər, ruhən yorğunluq ola bilər. Fikirləşdim ki, şəhərdən, ölkədən kənara çıxım gəzim. Şükürlər olsun ki, hər şey düzəlməyə doğru gedir.
Gözəl bir söz var, deyir, sən həmişə bomba olacaqsan. Sən partlayanda hər kəs susacaq”.
Yenidən ailə qurmaq məsələsinə də toxunan sənətçi, təkliflərin olduğunu dilə gətirib:
“Təbii ki, hər bir xanım ailə qurmaq istəyər. Eləcə də, mən. Sadəcə olaraq, elə bilirsiz ki, irəliyə duran yoxdur, evlilik təklifi edən yoxdur? Var, ancaq İlahəni, həyatda İlahə kimi istəyən yoxdur. İlahə İbadova olaraq məni görüb, gəlib ailə qurmaq istəyən adamı isə qəbul etmərəm.
Deyib-gülməyimə baxmayın. Qəlbiqara insanam. Həm də mənim qızım var. Övladla biraz çətindir. Övladımı anamdan başqa heç kimə etibar edə bilmərəm. Qoyub gedə bilmərəm”.