Türkiyənin tanınmış modelyeri İvana Sert Bakının qonağı olacaq.
Bu haqda musavat.com saytına açıqlamasında aktrisa Aysel Nazim deyib: “Yeni layihə üzərində çalışıram. Böyük iş olacaq. Tam açıqlamaq istəmirəm, düşər-düşməzliyi olar. Türkiyədə məşhur modelyer İvana Sert ilə görüşdüm, danışıqlar apardıq. Layihəm üçün ölkəmizə gələcək. Media nümayəndələri ilə görüşəcək, şəhəri gəzəcək. Səfəri həm ticarət, həm ziyarət xarakter daşıyacaq”.
Könül
Musavat.com