"Vicdan haqqı" serialı ilə məşhurlaşan aktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayıl üç gün öncə anadan olan körpələrinin yeni görüntüsünü paylaşıblar.
Nyus.Az xəbər verir ki, yeni doğulan uşaqla həyat yoldaşının fotosunu feysbuk səhifəsində paylaşan Murad İsmayıl "Fuadla ilk görüşüm və ilk fotomuz" sözlərini yazıb.
Xatırladaq ki, cütlük 2018-ci ildə ailə qurub. Onlar "Vicdan haqqı" serialının çəkilişi zamanı tanış olublar. (publika.az)
Nyus.Az