"Deniz yıldızı" serialından tanış olduğu aktyor Tuan Tunalı ilə boşanma ərəfəsində olan aktrisa Hazal Filiz Küçükköse məkanların birindən çıxarkən görüntülənib.
Nyus.Az axşam.az-a istinadən bildirir ki, aktrisa ayaqüstü jurnalistlərlə söhbət edib. O, boşanması ilə bağlı məhkəmə davam etdiyindən danışa bilməyəcəyini deyib. Hazal ailə həyatının da heç vaxt yolunda getmədiyini etiraf edib:
"Kənardan baxanda hər şey yaxşı görünə bilər. Amma içim özümü yandırır çölüm özgəsini".