ABŞ Rusiya ilə yola getmək istəyir.
Bunu ABŞ prezidenti Donald Tramp Dulut şəhərində (Minnesota ştatı) tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Bir şey deyə bilərəm. Biz Rusiya ilə yola getmək istəyirik”, deyə D.Tramp qeyd edib.
Eyni zamanda D.Tramp güman edib ki, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərində rəsmi Moskva onun rəqibi Hilları Klintonun qələbəsini arzulayıb: "Rusiya baxıb və deyir – mən Klintonu qalib görmək istəyərdim".