Nazirlər Kabineti xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imazalayıb.
Nyus.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.
REKLAM
facebook.com
Daha ətraflı
Native Video by Adributor
Şəki Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Nyus.Az