Bir daha çoxsaylı oxucularımıza xatırladaq ki, təqribən altı-yeddi ay bundan öncə redaksiyamızın elektron poçtuna Ağstafa MRX-nın “UZİ” şöbəsində rüşvətalma faktları ilə bağlı daxil olan məlumatları araşdırarkən, ilk əvvəl özünü bizə Ağstafa RPŞ-i rəisinin müavini kimi təqdim etmiş Zaur Məmmədov adlı şəxsin atdığı addımlarla bağlı açıqlamalar yayımlamışdıq. Onu da bildirək ki, həmin vaxtlarda Nyus.Az saytında bir neçə məqalə yayımlayıb bəzi dövlət qurumlarını, ələlxüsus DİN-nin rəhbərliyini baş verənlərlə bağlı məlumatlandırmağa çalışdıq. İşıq üzü görən açıqlamalarda yazıb qeyd etmişdik ki, Zaur Məmmədov adlı şəxs çalışdığı polis şöbəsində xidmət üzrə baş inspektor vəzifəsini daşısa da, o, özünü ilk əvvəl bizə “mənim adım Zaurdur və Ağstafa polis bölməsində xidmət rəisiyəm”, daha sonra “mən Ağstafa polis şöbəsində xidmət rəisiyəm”, təkrar sualımıza cavabında isə “mən Polis idarəsində xidmət rəisiyəm” deyə cavablarını vermişdi. Adı çəkilən bu şəxslə bağlı apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Zaur Məmmədov Ağstafa RPŞ-də xidmət üzrə baş inspektor vəzifəsini daşıyır. Yəni, bu o deməkdir ki, adı çəkilən bu şəxs məsuliyyətli bir sahəyə rəhbərlik edir və onun daşıdığı vəzifə heç də sıradan bir vəzifə deyil. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən baş inspektor vəzifəsini daşıyan Zaur Məmmədovun KİV nümayəndələrinin apardığı jurnalist araşdırmalarına müdaxilə etməsinə kim ixtiyar verib?
Bütün bunlar qalsın bir yana, bir müddət bundan öncə bu şəxsin atdığı addımlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və DİN-nin rəhbərliyinə rəsmi qaydada müraciət edib lazımi araşdırmaların aparılmasını xahiş etsək də, indiyə kimi bu yöndə qanedici addımların atılmaması, məhz bizdə müəyyən şübhələrin baş qaldırmasına səbəb olur. Məsələn, Zaur Məmmədovun atdığı addımların araşdırılması məqsədilə DİN-nin rəhbərliyinə ünvanladığımız məktuba, 18 noyabr 2019-cu il tarixdə Daxili İşlər Nazirliyi, Baş İctimai Təhlükəsizlik idarəsinin rəisi Oqtay Kərimovun imzası ilə təsdiq olunmuş cavab məktubu yazılıb. Cavab məktubunda qeyd olunur ki, bu məsələ ilə əlaqədar Ağstafa RPŞ-də araşdırma işləri aparılmış və görülmüş tədbirlə bağlı redaksiyaya lazımi cavab da verilib. Ağstafa RPŞ-də araşdırma işlərinin aparılması haqda dəqiq nəsə deyə bilməsək də, deyəcəyimiz o olacaq ki, bugünə kimi redaksiyaya adı çəkilən qurumdan heç bir cavab verilməyib. Digər tərəfdən, Daxili İşlər Nazirliyi, Baş İctimai Təhlükəsizlik idarəsindən verilən cavab məktubunda o da qeyd olunur ki, özünü ilk əvvəl bizə “mənim adım Zaurdur və Ağstafa polis bölməsində xidmət rəisiyəm”, daha sonra “mən Ağstafa polis şöbəsində xidmət rəisiyəm”, təkrar sualımıza cavabında isə “mən Polis idarəsində xidmət rəisiyəm”kimi təqdim edib, 055-268-85-95 mobil telefonla redaksiyamıza zəng edən Zaur Məmmədovun istifadə etdiyi mobil nömrə Ağstafa rayonu, Yuxarı Göycəli kənd sakini Məmmədli Vüqar Eldar oğluna məxsusdur. O halda sual oluna bilər ki, Zaur Məmmədovun Vüqar Məmmədliyə məxsus mobil nömrə ilə redaksiyamıza zəng etməsinə səbəb nə olub? Yaxud da, adı çəkilən şəxsin apardığımız jurnalist araşdırması işlərinə müdaxilə etmək hüququ varmı? Bu şəxsin bizimlə danışdığı danışığın səsyazması, bu gün də redaksiyamızda saxlanılır. Məsələnin düşündürücü tərəfi odur ki, Zaur Məmmədov adlı şəxs ona aidiyyatı olmayan məsələlərə müdaxilə edir, başqa şəxsə məxsus mobil nömrə ilə redaksiyaya zəng edib təhdidedici addımlarını atır. Bütün bunlar haqda adı çəkilən şəxslə danışdığımız danışıqların səsyazması var. Aidiyyatı üzrə ünvanladığımız məktublar əsasında adı çəkilən şəxsin atdığı addımların mahiyyəti lazımınca araşdırılmır, verilən cavablarda isə, bir növ onun müdafiə olunması təmin olunur. Belə bir halların varlığı da, məhz bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.
Düşünürük ki, Azərbaycan Respublikasının bugünkü daxili işlər naziri cənab Vilayət Eyvazov, bu məqalənin Nyus.Az saytında yayımlanmasından və ona ünvanlayacağımız müraciətimizdən sonra, özünü ilk əvvəl bizə “mənim adım Zaurdur və Ağstafa polis bölməsində xidmət rəisiyəm”, daha sonra “mən Ağstafa polis şöbəsində xidmət rəisiyəm”, təkrar sualımıza cavabında isə “mən Polis idarəsində xidmət rəisiyəm”kimi təqdim edən Zaur Məmmədovun atdığı addımların araşdırılması yöndə, aidiyyəti üzrə lazımi tapşırığını verəcək. Çünki, KİV nümayəndəsi olaraq cənab Nazirin vəzifəsinin icraasına başladığı ilk gündən ortaya qoyduğu yanaşması haqda, məhz kifayət qədər məlumatlara malikik. Yəqin ki, o halda bütün gizli mətləblər aşkara çıxarılacaq və əsl həqiqətlər hər kəsə də bəlli olacaq.
Bu yöndə araşdırmamız davam edəcək.
Nyus.Az