Bu günlərdə redaksiyamıza hər kəsdə şübhə doğura biləcək və tam əksəriyyəti şoka deyil, sanki “şökə” salacaq, eyni zamanda sensasiya doğuracaq məlumatlar daxil olub. Daxil olan məlumatların mahiyyətinə varmadan o məqamın varlığına toxunaq ki, bu gün ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, ələlxüsus gündəlik istifadə olunan qida məhsullarının keyfiyyət göstəricisinin lazımi normalara cavab verməsi yöndə müəyyən addımlar atılsa da, deyəsən Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 3-cü mkr-n bazarının səlahiyyətli şəxsləri, hələ də “qış yuxusu”nda “yuxulamaqdadırlar”. Belə ki, əməkdaşlarımız tərəfindən adı çəkilən bazara baxış keçirilərkən, piştaxtalarda satışa çıxarılan ət məhsullarından heç birinin üstündə, istifadəyə yaralı olduğunu təsdiq edən həkim möhürünə rast gəlməyirlər. Belə bir halın varlığı da, ortaya müəyyən şübhələrin çıxmasına səbəb olur. Elə ki, əməkdaşlarımız bazarda qida məhsullarının yaralılığına nəzarətini həyata keçirən həkimin axtarışına çıxırlar, o halda həmin şəxsi tapmağın özü də müşkül məsələyə çevrilir. Belə olan halda əməkdaşlarımız 3-cü mkr-n bazarının “əbədi və əzəli rəhbəri”, vaxtilə özünü Eldar Mahmudov mafiyasının “odda yanmaz, suda batmaz fironlarından” biri hesab edən Şahin Əliyevlə əlaqə saxlayıb, adı çəkilən vəzifə sahibindən məsələlərə münasibət bildirməsini xahiş edirlər. Sən demə soyadı Əliyev, adı isə Şahin olan bu şəxs elə şahin quşlarıtək yüksəkliklərdə olmağa həvəskar olduğundan, onu bazarın birinci mərtəbəsində tapmağın özü də müşkül məsələ olur. Yəni bu şəxsin yerini müəyyən etmək üçün, heç də bazarın birinci mərtəbəsindəki iş otağına getmək lazım deyil, yalnız şahin quşlarıtək “fəzaya qalxıb” ikinci mərtəbəyə üz tutmaq gərəkdir. Sən demə, 3-cü mkr-n bazarında müdir vəzifəsini daşıyan Şahin Əliyevin fəzaya qalxıb ikinci mərtəbədə dayanmasının da, müəyyən özəllikləri var imiş. Yəni, bu şəxs günün səhər saatlarından “fəzaya qalxıb” qərar verdiyi çayxanada əyləşir, idarəçiliyini də “şəhadət barmağının işarə verən ideyaları” ilə idarə edir. Elə ki, “xanım jurnalistlər”dən bir kimsə ona zəng edir, o halda o, həmin şəxsləri qərar verib əyləşdiyi ünvana dəvət edir və “sehrli baxış”ları ilə onları 10-15 dəqiqə ərzində “nəzərdən keçirir”. Əgər qeyd olunan ünvana gələn “qonaqlar” gözəgəlimlidirsə, demək həmin xanımın və ya xanımların “bəxti gətirəcək”. Yox, başqa zövqün daşıyıcıdırsa, o halda gələn “qonaq(lar)a” “yaşıl işıq” deyil, birbaşa “krasnı işıq” yandırılacaq. Belə bir addımların atılması da, tam şəkildə onu sübut etməyə əsas verir ki, 3-cü mkr-n bazarının “əbədi və əzəli rəhbəri” “jurnalist irqi ayrı seçkiliyinə” yol verən şəxsdir.
Məsələnin diqqəti cəlbedən halı odur ki, cənab Şahin Əliyev uzun müddət ərzində gəlgetdən sonra, əməkdaşımızın ünvanladığı sualları cavablandırmaqdan “vaz keçir”. Elə ki, əməkdaşımız ona mobil telefonla “Şahin müəllim, siz ora gələn “jurnalist xanımlara” əxlaqsızlıq əməlləri təklif edirsiniz” deyə sual verir, o halda o, “Edirəm, əcəb edirəm” deyə cavabını verir. Belə bir cavabın verilməsi də, olduqca düşündürücü nüanslardır. Çünki əldə etdiyimiz şifahi məlumatlara görə, adı çəkilən şəxs orta yaş həddini keçmiş şəxsdir. Odur ki, orta yaş həddini keçmiş şəxsdən belə bir cavabı eşitmək, nə əxlaqımıza sığmır, nə də ki, əxlaqi dəyərlərimizlə üstüstə düşmür.
P.S. Hörmətli oxucular! Növbəti açıqlamalarımızda Şahin Əliyevin “Mənim arxamda Eldar Mahmudov durur, bu bazar ona xidmət edir” deyə, söylədiyi fikirlər haqda da, sizləri məlumatlandırmağa çalışacağıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Nyus.Az