AKADEMİKİN ADINDAN ”MANİPULYASİYA” EDƏN TİKİNTİ “KRALI” FƏDAİ İMANOV KİMDİR!?
Ulu öndər H.Əliyev demişdir: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir...İnsan qurmalıdır, yaratmalıdır...hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”
KİV-də Bakı şəhərində yaşıllıqların qırılmasıyla bağlı kifayət qədər məqalələr dərc edilmişdir. Son beş il ərzində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, yaşıllıqların korlanması ilə bağlı ən çox qanun pozuntusu Nəsimi rayon ərazisində baş vermişdir. Elə redaksiyanın elektron ünvanına Nəsimi rayonun müxtəlif ərazilərində və xüsusilə Heseyn Seyidzadə-5-də ağacların kütləvi şəkildə qırılmasıyla bağlı sakinlər tərəfindən məlumat daxil olmuşdur. Bildirilir ki, Nəsimi rayon İcra hakimiyyətinin keçmiş başçısı ilə əlbir olan Fədai İmanov son bir neçə il ərzində müxtəlif tikinti şirkətləri təsis edərək, bu ad altında Nəsimi rayon ərazisində məhəllədaxili ərazilərdə onlarla binalar inşa etmişdir. Onun apardığı tikinti ərazilərində demək olar ki, yaşıllıqlar kütləvi şəkildə qırılmış və bu hadisə ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Sakinlər “yaşıllıq terroruyla” bağlı müxtəlif instansiyalara, eyni zamanda KİV-nə müraciətlər ünvanlamışlar. Buna baxmayaraq, Fədai İmanovun pula olan hərisliyi sakinlərin istək və arzularını gözündə qoymuşdur. Məharətli şəkildə oynamağı bacaran “tikinti maqnatı” qanunsuz əməllərini ört-basdır etmək üçün yuxarı eşalondan olan himayədarının çətiri altına girməyi bacarmışdır.
Sakinlərin göndərdiyi videoda tikinti aparılan ərazinin əvvəlki vəziyyəti görüntülənib. Videodan da görünür ki, su anbarı dağıdılır.
[media=https://www.youtube.com/watch?v=r_9awYHr6w8]
[media=https://www.youtube.com/watch?v=5BzoNRpLPOo]
Həmçinin Fədai İmanovun inşa etdiyi çox mərtəbəli yaşayış binasının tikintisində əməyin mühafizəsi və texniki təhlükəsizliyin norma və standartlarının ciddi şəkildə pozulduğu, iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün təhlükə doğurduğu, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün heç bir profilaktik tədbirlərin görülmədiyi barədə də məlumatlar verilmişdir. Eyni zamanda işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilmişdir.
Dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər icra hakimiyyətinin yaşıllaşdırma departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların, hətta, Prokurorluq orqanlarının onun fəaliyyətindəki əməllərində yer almışç ciddi ittihamların olmasına baxmayaraq “sudan quru” çıxmağı bacarmışdır. Şikayətçilərin bilgisinə görə, qaranlıq keçmişini unudan Fədai İmanov sakinlərin yaşam nizamına və yaşıllığa qənim kəsilməklə öz kanfort həyatını təmin etməkdədir. Qondarma şirkətlər vasitəsi ilə vergidən yayınmaqla dövlət büdcəsinə külli miqdarda ziyan vurmuşdur. Hətta, yuxarıda sadalanan qanunsuz əməllərini ört-basdır etmək üçün Akademik Ramiz Mehdiyevin yaxınları ilə olan işbirliyiynin olmasını bildirməklə çirkin əməllərindən sığortalanmağı belə bacarmışdır.
Şikayərçilər tələb edirlər ki, DƏMX tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq həmin müəssisədə işlər burada aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılması təmin edilsin.
Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasətə kölgə salan və əhalini bu hakimiyyətdən narazı salmaqdan qürur duyan dırnaqarası iş adamını durdurmağın, şəhər əhalisinə maddi və mənəvi ziyan vuran tikinti ”maqnatı”nın DTX və digər orqanlar tərəfindən çirkin əməllərinə hüquqi qiymətin verilməsinin vaxtı çatmışdır.
Redaksiya olaraq aşağıda yazılan suallara Fədai İmanovun və aidiyyatı qurumların cavab verməsinin zəruriliyini nəzərə alaraq Jurnalist araşdırmasından sonra tam ətraflı tanış olacaqsınız.
FHN-ə məxsus su anbarı necə dağıdıldı?
Su anbarının dağıdılması hansı siyasi məqsədlərə xidmət edir?
Fədai İmanov su anbarının dağıdılması üçün FHN-də kimlərlə “bazarlıq” etmişdir?
Fədai İmanov sakinlərə məxsus “qaraj”ın (sənədi olan) sahiblərinə vurduğu ziyana görə, pul verməkdən niyə yayınır?
Redaksiyadan: Azerbaycaninfo.az saytı olaraq peşə davranış qaydalarını və mətbuat haqqında qanunun tələblərini əldə rəhbər tutaraq materiala qarşı tərəfin münasibətini öyrənməyə çalışsaq da Fədai İmanov münasibət bildirmədi.
(Ardı var)
Azerbaycaninfo.az