Redaksiyamızın elektron ünvanına Binəqədi rayonu, Binəqədi şossesi, döngə 9- da yaşayan (Cəbrayıl rayonundan məcburi köçkün) Beydullayeva Minayə Ələkbər qızı tərəfindən şikayət məktubu daxil olub. Beydullayeva Minayə Ələkbər qızının məlumatına görə, bu ailə “Azəravtoyol” ASC-nin 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov tərəfindən ölümlə hədələnir. Şikayətçi qeyd edir ki, Cəbrayıl rayonunun Çələbilər kəndində yaşamışlar. Yaşadıqları rayon erməni işğalına məruz qaldıqdan sonra 1993-cü ildən Ulu Öndərimizin köməyi və qayğısı sayəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşmışlar .
“Azəravtoyol” ASC-nin 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinovun MMC-nin Bakı şəhəri, Xətai rayonu, kənd Əhmədli qəsəbəsində fəaliyyət göstərən asfalt zavodunun ərazisində yerləşən ofisində 2013-2015-ci illər ərzində oğlu və digər şəxslər özlərinə məxsus avtomaşınlarla 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin şifahi sifarişi ilə müxtəlif tikinti obyektlərinə yüklər daşımışlar. Əliheybət Şirinov onlara müxtəlif tikinti materiallarının daşınması işlərini gördürmüş və görülmüş işlərin müqabilində ödənilməli olan 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində pulu ödəməkdən boyun qaçırmışdır. Beydullayeva Minayə Ələkbər qızı bildirir ki, biz dəfələrlə şikayət ərizəsi ilə müraciət etmişik, lakin heç bir cavab almamışıq. Əliheybət Şirinov və oğulları haqqında kifayət qədər dövlətçiliyimizə zidd olan dəlillər göstərməyimizə baxmayaraq, bu haqda heç bir tədbir görülməmişdir.
Beydullayeva Minayə Ələkbər qızının sözlərinə görə, Əliheybət Şirinov 20000000(iyirmi milyon) manatdan çox parnik qurulmasına pul xərcləyir. Hacıqabulda 54 km yol üçün ayrılan vəsait yoldan 15 km aralı Əliheybət Şirinovun sahə rəisi Hüseynov Yunisin dədə-baba yurduna yol çəkilməsinə xərclənir. Sabirabadda yeni ŞİN zavodu tikdirir, asfalt zavodu, qum istehsal edən qrabilkası, beton zavodu üçün on milyonlarla pul xərcləyir.Bakıxanov qəsəbəsində qiyməti milyonlarla ölçülən şadlıq evi alıb, icarəyə vermişdir. Dəvəçidə, Qubada, Xaçmazda milyonlarla qiymətləri olan böyük obyektləri, mülkləri və ilaxır olduğu halda oğlumun gördüyü işlərin pulunu ödəmir.
Beydullayeva Minayə Ələkbər qızı redaksiyaya ünvanladığı məktubda Prezident cənab İlham Əliyevə və Xanım Vitse prezident Mehriban Əliyevaya da müraciət ünvanlayır.
Müraciətdə deyilir:
Hörmətli cənab Prezident, Əliheybət Şirinov və oğulları bizi, yəni bir məcburi köçkün ailəsini, ölümlə hədələməkdən belə çəkinmirlər. Tez-tez bizə ultimatum göndərirlər ki, nə qədər yazırsınız yazın, biz hamısını pul gücünə susdura bilərik, hətta bizə deyirlər ki, sizi muzdlu qatil tutub öldürtdürməyə və bu cinayəti də ört-basdır etməyə yetərincə pulumuz var. Deyirlər ki, biz hamının HAQQINI verırik. Bununla da xalqın gözünü qorxutmaq və xalqla Dövlət arasında uçurum yaratmaq istəyirlər.
Maraqlıdır ki , bu qədər haram pullara, haram pullarla alınmış mülklərə və obyektlərə sahib olan bu adam işlətdiyi sürücülərin pullarını niyə vermək istəmir?
Hörmətli cənab Prezident, Sizdən məcburi köçkün ailəsinə sahib çıxmağı və bizi Əliheybətin hədələrindən və təhqirlərindən qorumağınızı xahiş edirik.
Əliheybət Şirinovun özü və oğulları hər dəfə onların arxasında Maliyyə Naziri Samir Şərifovun dayandığını söyləyərək hədə-qorxu gəlirlər və vəzifəli şəxsin adından sui-istifadə edirlər, hətta Baş Prokurorluq sistemində bizim Rüstəm Usubov kimi arxamız var söyləyirlər.
Biz ümid edir və inanırıq ki, bizim xalqın taleyini və gələcəyini düşünən möhtərəm Prezidentimiz var.
Hörmətli cənab Prezident, Hörmətli Mehriban xanım! Biz ailəmizlə birlikdə həmişə Sizi və Sizin siyasətinizi dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Yaxşı ki, bizim Sizin kimi Prezidentimiz var, yoxsa Əliheybət kimiləri bizim axırımıza çıxardılar.
Sizdən Əliheybət Şirinovun hədələrindən əsəb və stress içində yaşayan yaşlı bir ana kimi şikayətimizi şəxsən dinləyib lazımi göstəriş verməyinizi və bizim ərizələrimizi Əliheybətin milyonları qarşısında gözükölgəli olmayan bir quruma yönləndirməyinizi, sizdən başqa ümid yerimizin olmadığını nəzərə alıb bizə köməklik göstərməyinizi xahiş edirəm.
P.S. Redaksiya olaraq şikayət məktubunda səslənə ittihamların nə dərəcdə doğru olub- olmadığını dəqiqləşdirmək məqsədi ilə qarşı tərflə əlaqə saxladıq. Faktları nə təkzib, nə də kli təsdiq etdilər. Adları hallanan hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Aydın