Kənd Təsərrüfatı Nazirliyində “işləməyin qanundansa,qapıbir qonşu yaxşıdır” prinsipi
Ermənilərin Kəlbəcərdən çıxmaları üçün yalvararaq istədikləri əlavə 10 gün vaxtı onlara verdikdən sonra nə etdiklərini bütün dünya gördü: Meşədən ağacları da kəsib özləri ilə apardılar. Daşıya bilmədikləri hər şeyi yandırdılar.
Bizim bəzi məmurlar, müəssisə rəhbərləri də eyni xislətdədirlər – ilk əvvəl nöqsanları olur, rəhbərlik onlara istədikləri vəsaiti, mal-material qiymətlilərini verir ki, sonrakı fəaliyyətlərində vicdanla çalışıb çatışmazlıqlarının yerini doldursunlar. Lakin məlum olur ki, müəssisəyə daha çox vəsait verdikcə, kəm-kəsir də artır. Rəhbərlik bu paradoksdan sanki nəticə çıxarmır. Kənar müşahidəçi isə haqlı olaraq düşünür ki, burada problem hansısa kadrın səhlənkarlığıya, təcrübəsizliyi ilə bağlı deyil, sistemli korrupsiya ilə əlaqəlidir. Yoxsa, etimadı doğrultmayan kadrı vəzifədə saxlamağa, rentabelsiz işləyən müəssisəyə səmərəsiz investisiya yönəltməyə necə haqq qazandırmaq olar?
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) öz fəaliyyətini qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş etmək və onların toxumluq məqsədilə satışının qarşısını almaq istiqamətində quran struktur vahididir. AXA toxum istehsalçılarına toxumun kondisiyalılığı haqqında sertifikat vermək səlahiyyətinə malikdir. Odur ki, Agentlik fermerlərə məhz özünün tabeliyində olan müəssisələrin istehsal etdikləri toxumları almağı tövsiyə edir. Təəssüf ki, həmin müəssisələrin bəziləri rentabelsiz işləyir, bəzilərinin də istehsal etdikləri toxumun səpin keyfiyyəti narazılıq doğurur.
Aqrar Xidmətləri Agentliyinin Kürdəmir Pambıq Toxumu üzrə Sınaq Məntəqəsinin cəmi 145 hektar ərazisi var. Bu il müəssisə 50 hektarda arpa, 10 hektarda yonca, 30 hektarda pambıq, 30 hektarda bostan bitkiləri, 2 hektarda buğda əkib. Məhsuldarlığa gəlincə, 3 dəfəyə 2500 tay yonca, 84 ton arpa, iki dəfəyə hərəsində 15 sentner buğda məhsulu əldə edildiyi barədə hesabat verilib. Etibarlı mənbədən aldığımız məlumatlara görə, bu məhsullar anbarda yoxdur, onların hamısının satıldığı və əldə olunan gəlirin mədaxil edilməsi barədə də məlumat yoxdur. Bütün müşahidə olunanlar göstərir ki, idarənin rentabelliyi çox aşağı səviyyədədir, bir sözlə, idarə hökumətə artıq yükdür. Uğursuzluğun əsas səbəbi, daha doğrusu, səbəbkarı isə vəzifəsiunin öhdəsindən gələ bilməyən müəssisənin direktoru Asim Orucovdur. İndiyədək onun adı bir sıra qalmaqallı məsələlərdə hallanıb. Mənbə bildirir ki, A.Orucov hələ daha əvvəl Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) Kürdəmir Elmi Tədqiqat Təcrübə Stansiyasında direktor vəzifəsində işləyəndə 5-6 nəfərdən onları işə götürəcəyi vədini verərək ümumilikdə 10 min manatdan çox pul alıb. Sonra da aldadaraq nə işlə təmin edib, nə də pullarını geri qaytarıb. Həmin adamlar Orucovdan prokurorluğa şikayət ediblər. İlk əvvəl barəsində iş qaldırılsa da, direktor aldatdığı adamların pulunu qaytaracağını söz verərək cinayət təqibi orqanları ilə də “dil tapıb”, insidenti guya borc mübahisəsi adı ilə mülki iş kimi ört-basdır etməyə müvəffəq olub. Məlumatda qeyd olunur ki, o, hələ də “borc” yiyələri ilə üzülüşməyib.
Asim Orucovun lizinqə götürdüyü texnikanı da ayrı-ayrı şəxslərə satdığı, bundan ötrü işinin məhkəmədə olduğu, idarəyə borclu qaldığı da bildirilir. Qəribədir, necə olur ki, bunca yarıtmaz əməllərinə baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi hələ də A.Orucova qayğı ilə yanaşır, rəhbərlik etdiyi (əgər buna rəhbərlik demək olarsa – “Deryaz”.) rentabelsiz işləyən müəssisəyə bütün mövsümlərdə davamlı subsidiyalar, lizinqlə texnikalar və s. vəsaitlər verilir? Redaksiyamıza daxil olan məlumatda bu sualın da cavabı verilib: Asim Orucovun arxasında duran, ona havadarlıq edən şəxs Nazirliyin Kadrlar şöbəsinin rəisi Elvin Paşayevdir. Orucovun Bakıda yaşayan qızı Elvin Paşayevlə qapıbir qonşudurlar.