Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.
Nyus.Az-ın apasport.az-a istinadən məlumatına görə, turun daha iki görüşü keçiriləcək.
Autsayderlər "Keşlə" və "Kəpəz" ikinci oyun gününə start verəcək. Mövsümün ilk yarısında iki dəfə Bakıda üz-üzə gələn komandalar bu dəfə Gəncədə qarşılaşacaq. Qərblilər 5 matçlıq məğlubiyyət seriyasına son qoymağa, Yunis Hüseynovun rəhbərliyi altında ilk xalını qazanmağa iddialıdı. Gəncə təmsilçisi qələbə ilə son pillədən də qurtula bilər. Yuri Maksimovun baş məşqçiliyi dövründə ilk səfərə çıxan paytaxt klubu qələbəsiz oyunlar seriyasını qırmağa köklənib. 11 görüşdü qalib gəlməyən "Keşlə" sonuncu pillədən uzaqlaşmaq, "Səbail"lə fərqi azaltmaq niyyətindədi.
Sonuncular isə çempionatın lideri "Qarabağ"ı qəbul edəcək. Rəqibi ilə əvvəlki oyunlarda həm qola, həm xala həsrət qalan Samir Əliyevin komandası sensasiyaya imza atmaq əzmindədi. 4 oyunluq qələbəsizliyə son vermək üçün meydana çıxacaq bakılılar autsayderlərdən uzaqlaşmaq üçün xal qazanmağa borcludu. Son üç matçda qol buraxmayan Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı səfərdə davam etdirməyə çalışacaq. İzləyiciləri ilə fərqin azalmaması üçün ağdamlılar debütanta xal verməməlidi.
Azərbaycan Premyer Liqası
XV tur
18 fevral (bazar)
15:00. "Kəpəz" - "Keşlə"
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
17:30. "Səbail" - "Qarabağ"
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bayıl Arena"
N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
15
12
2
1
25-6
38
2
Qəbələ
16
11
2
3
30-15
35
3
Zirə
16
9
4
3
25-14
31
4
Sumqayıt
16
7
3
6
20-18
24
5
Neftçi
16
6
1
9
18-18
19
6
Səbail
15
4
2
9
10-22
14
7
Keşlə
15
2
3
10
10-25
9
8
Kəpəz
15
2
1
12
10-30
7