Həyat yoldaşı türmədə olan RTŞ-nın müdiri ilə bağlı İNANILMAZ MƏLUMATLAR YAYILDI - VİDEO
Cəlilabad təhsili bundan sonra türmə qanunları ilə idarə olunacaq desək yanılmarıq. BİA.az bildirir ki, mötəbər mənbənin verdiyi məlumata görə Qərənfil Əhmədova RTŞ yə müdir gətirilməsində Zaur Əzizovun böyük rolu olub. Zaur Əzizov son illər rayonda dəbdəbəli həyat tərzi ilə önə çıxan şəxslərdən biridir. Hər kəslə əlaqə yarada bilən və yuxarılara əmisinin vasitəsi ilə təsir edə bilənlərdəndir. Hər kəsə məlumdur ki, Qərənfil Əhmədovanın həyat yoldaşı ağır cinayət törətdiyi üçün illərdir həbs olunub. Amma buna baxmayaraq Əhmədova vəzifəyə layiq görülüb. Yaxın dostu Zaur Əzizovun köməkliyi ilə bir daha irəli çəkilib.
Qərənfil Əhmədova təhsil müdiri gətirildikdən sonra ilk öncə onu təbrikə Z. Əzizovun gəldiyi deyilir.O saatlarla Qərənfilin qəbulunda çay içərək şirin söhbətlərilə vaxt keçirib. Bunu biz yox rayon təsil işçiləri həmdə qəbulda həmin saatları gözləyən digər vətəndaşlar deyir.
Haşiyə:
Adının çəkilməyin istəməyən həmin təhsil işçilərindən biri yaşanan saatları belə izah edir: "Hələ bu qədər gözləmədən sonrada müəlliməyə (Q.Əhmədovaya) deyəndəki, gələn adam təcili sizi görmək istəyir çox vacib işi var. Həmin an Zaur Əzizov qapını elə çırpıb getdi ki, sanki evinə gələn dəvətsiz qonağa sifət göstərir..."
Qeyd edək ki, illərdir rayon və kənd məktəblərinin direktorları ayda tabel üçün Zaur Əzizova 30 manat pul verir. 120 məktəbdən 30 manat ayda minimum 36000 AZN Əzizovun asan qazanc mənbəyi hesab edilir. Nörmalda 350-400 manat əmək haqqı alan Zaur Əzizov necə dəbdəbəli həyata, bahalı avtomobillərə sahib ola bilər?.
Gələn xəbərlədə oda deyilir ki, hal-hazırda bütün bu imtiyazları Əzizova tanıyan xanım Əhmədovadır. Ona görəki, təhsili bundan sonrada bazara çevirə bilməsi üçün Əhmədovaya, hələ çox Əzizovlar lazım ola biləcək...!
Məlumat üçün bildirək ki, Qərənfil Əhmədovanın RTŞ-nin müdiri vəzifəsinə gətirilməsi üçün Cəlilabad rayon icra başçısı Namiq Zeynalov, Təhsil naziri Ceyhun Bayramovdan şəxsən xahiş edib. Bu və digər məlumatlar növbəti yazıda...