[media=https://www.youtube.com/watch?v=nM_w7tn-9-A&feature=youtu.be]
Atalarından qalma dəyərli bir misal var:-” Ağac bar gətirəndə başını aşağı salar”. İnsanlar isə bunun tam əksini edirlər. İnsanlar dedikdə hər kəsi eyni tərəziyə qoymaq da doğru yanaşma tərzi deyil. Bəziləri sərvət sahibi olduqdan sonra madiyyatca özlərindən aşağı səviyyəli insanlara şüursuz canlılar kimi baxır, onlar kimi davranırlar. Sumqayıt şəhər Yaşma bağları Ulduz qəsəbəsi ev 369 ünvanında yaşayan Nuriyeva Zöhrə Aviəli qızı “Musteqil.az” saytının kameralarına qonsusu tərəfindən yaşadılanları anlatdı.Fermer təsərrüfatının sahibi Arif adlı sahibkarin iri buynuzlu heyvanları saxlanılan tovlələr Z.Nuriyevanin evi ilə yan-yanadir. Zöhrənin söylədiklərinə əsasən Arif onların evlərini alıb, öz fermasına qatmağa çalışır. Bunun üçün heç də sivil qaydalarla yox, heyvanlarının “köməyi”ilə nail olmağa çalışır. Fermanın kanalizasiya sularının axıdılması üçün nəzərdə tutulan kanalın axarının qarşısı alınıb, çirkab suları qonşunun həyətinə axıdır. Çirkab sular o səviyyədə artıb ki, nəinki həyətyanı sahəsini, ailənin yaşadığı mənzilin otaqlarını doldurub. Z.Nuriyeva insafsız qonşusundan buna son qoyulmasını xahiş etdikdə:-” Mən necə istəyirəm elə də edirəm”. Qonşu ilə dil tapmağın mümkün olmadığını görən ailə çarəni Daxili İşlər Nazirliyində, Fövqaladə Hallar Nazirliyində axtarır. Onlar da öz növbələrində gəlib baxmaqla işlərini bitirmiş hesab ediblər. Sahibkar isə öz çirkin əməlini davam etdirməkdə davam edir.
Yuxarıda qeyd etdik ki, ferma yaşayış evi ilə divar-divaradır. Ailədə böyüklərlə yanaşı azyaşlılar da yaşayır. Yayın istisində sükan sularının axıntısı həyətdə üfunət qoxulu gölməçələr yaradıb. Gölməçələr dən qalxan minlərlə xəstəliklərin zəhərli virusları ətrafa yayılıb, yolxucu xəstəliklər yayır. Yaranan bu vəziyyətsə Sumqayıt Şəhər İcra Başçısını, Sumqayıt Şəhər Xəstəxanasının Baş həkimini, Sanitar Epidemiologiya Stansiyasını əsla narahat etmir. Z.Nuriyeva etdiyi muraciətlərinin cavabsız qaldığından saytımız vasitəsi ilə üzünü birinci vitse-prezident Mehriban xanım Əliyevaya tutub kömək dilədi. Onun da bir qadın, bir ana olduğunu unudan və sahibkarın özbaşınalığına “dur” deməyən məmurların vəzifələrinə biganə yanaşmalarını biz ifşa etməyi vəzifə borcumuz hesab edirik. Son olaraq bəhs etdiyimiz səlahiyyətliləri və Arif adlı sahibkara Azərbaycan dəyərli filmlərindən olan “Qanlı zəmi” filmində belə bir ifadə səslənir. “Bəs sahənşahın qoyun sürüləri harada otlasın?
Yəqin Arif adlı sahibkar bu ifadəni öz həyat şüarı edib. Onun inəkləri insanlardan “qiymətlidir”. “Qoçu Əsgər”in keçisi kimi.
Ardı var…