"Qarabağ" UEFA Çempionlar Liqasının Itəsnifat mərhələsi çərçivəsində Albaniyanın "Partizani" klubunun qonağı olacaq.
Ağdam klubu oyun öncəsi qarşılaşmanın keçiriləcəyi "Selman Stermazi" stadionunda son məşqinə çıxıb.
Yerli vaxtla 17:30-da başlayan məşq təxminən 1 saat davam edib. Futbolçular toplu çalışmalarla oyunun hazırlığını yekunlaşdırıb.
Zədəli futbolçu Bədavi Hüseynov isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.
Fotolar: Qarabağ FK9 (milli.az)
Nyus.Az