Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov Bakının Qaradağ rayonunun adının dəyişdirilərək Heydər Əliyev rayonu adlandırılmasını təklif edib.
Virtualaz.org-un əməkdaşı parlamentdən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilmiş plenar iclasənda millət vəkili A.Hüseynov deyib:
“Həm Heydər Əliyev, həm də hazırkı dövlət başçısı İlham Əliyev Qaradağ rayonunun sosial-iqtisadi inkişafında vacib rol oynayıblar. Bununla əlaqədar olaraq, ümummilli liderin 95 illiyinin qeyd olunduğu bir vaxtda Bakının Qaradağ rayonunun adının dəyişdirilərək Heydər Əliyev rayonu adlandırılmasını təklif edirəm”.
Virtualaz.org