Bir neçə gün öncə bir qrup şair Xalq şairi Vaqif Səmədoğlu medalı ilə təltif edilib. Təltif edilənlərdən biri də şair Elxan Zal Qaraxanlıdır.
E.Z.Qaraxanlı Moderator.az-a açıqlamasında V.Səmədoğlu medalına layiq görülməsinin onun üçün böyük şərəf olduğunu bildirib:
“Vaqif Səmədoğlu adına mükafatlandırılmaq mənim üçün böyük şərəfdir. Bizim poetik dünyamızda bir ruh yaxınlığı var. V.Səmədoğlu poeziyası Avropada elitar poeziya kimi dəyərləndirilir. O, özü də öz yaradıcılığını məhz elitar poeziya kimi dəyərləndirirdi. Həmişə mənim poeziyamda da bu xüsusiyyətlərin olduğunu deyirdi. Ədəbiyyatşünaslıqda buna ardağıl poeziyası da deyilir və belə poeziyanın qavranılması üçün bir qədər hazırlıqlı oxucu tələb olunur. Buna görə o, həmişə mənim yaradıcılığımı dəstəkləyib.
Onun haqqında yazdığı yeganə şair mənəm. Nüşabə xanım medalı verəndə belə dedi. Xüsusilə mənim "Polonez" poemamı çox dəyərləndirirdi, yazdığı yazıda da əsasən bu poemadan bəhs edilir. Təqdimetmə mərasimində deyildiyi kimi, mükafat mənə Vaqif Səmədoğlu yaradıcılığındakı elitar üslubun davamçısı, onun kəşf etdiyi bir şair kimi verilib. Ustadın ruhu da sağlığında olduğu kimi, mənim yaradıcılığıma arxa durdu. Bax şair ölməzliyi budur, o cismanı ölümündən sonra da yaradır. Mən burada və xaricdə dövlət mükafatları da almışam, amma Vaqif Səmədoğlu medalı mənim üçün həmişə ən böyük mükafat olaraq qalacaq”.
Vasif Əlihüseyn