Bir neçə saat əvvəl Prezident İlham Əliyev “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ötən ilin sonunda Milli Məclisdə qəbul edilmiş layihəni təsdiq edib.
Virtualaz.org bildirir ki, sərəncam Azərbaycan Prezidentinin rəsmi saytında dərc edilib. Yeni qanun Azərbaycanda qara metallurgiya mafiyasının fəaliyyətinə son qoymağa yönəlib.
Sənəddə deyilir: “Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq iсra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur”.
Qeyd edək ki, bu dəyişikliklər son iki ay ərzində aşağı keyfiyyətli və təhlükəli məhsullar istehsal edən çoxsaylı kustar sexlərin fəaliyyəti və paytaxt Bakının havasının zəhərlənməsi və ilə bağlı virtualaz.org tərəfindən aparılan araşdırmaların nəticəsidir.
Həmin araşdırmalar ölkə rəhbərliyi səviyyəsində diqqət çəkdi və müvafiq orqanlara qara və əlvan metal tullantılarının qəbulu və əridilməsi, eləcə də onlardan tikinti materialları istehsal edilməsi sahəsində hökm sürən xaosun aradan qaldırılması ilə bağlı tapşırıqlar verildi...
Baxın, görün Bakını zəhərləyən və bazara keyfiyyətsiz məhsul çıxaran elə kustar sexlər kənardan və içəridən necə görünürlər: