ATƏŞKƏS
İşğalda qalmısan gör neçə ildi
Dərdindən qovruldum , yandım ey vətən!
Səni qorumağa and da içmişdim,
İçimdə burxuldu andım ey vətən !
Mən şəhid vermişəm Xocalı adda
Qapqara kösövdü hələ də rəngim.
Ruhlar göy üzündə , can torpaq altda
Paslanıb tətikdə mənim tüfəngim.
Dayanmır çoxdandı top-tüfəng səsi
Oyatmır kimsəni adi səs indi.
Qızdırmır torpağı insan nəfəsi
Ağızda , sözdədi atəşkəs indi.
Həmişə əlinə vurulub düyün
Hələ də getməyib əlindən izi.
Sənin istiqlalın , azadlığınçün
Ya şəhid olacam , ya daki qazi.
02.01.2019YAŞAYIRAM
Bir qardaşım , üç bacım var,
Bir zirvəm var , üç tacım var,
Səkkiz çinar ağacım var,
Kölgəsində yaşayıram.
Oğuz-Qıpçaq soyu ulu,
Son bularmı türkün yolu,
Böyük Qafqaz , Anadolu,
Bölgəsində yaşayıram.
Bir bu gün var , bir də yarın,
Sahibiyik bu yurdların,
İgid , ərən bozqurdların,
Ölkəsində yaşayıram.
OLMUR Kİ , OLMUR...
Yazıram , pozuram illərdən bəri
Mənim istədiyim olmur ki , olmur.
Başlansın deyirəm Turan səfəri
Bozqurdun sırası dolmur ki , dolmur.
Böyük Atillaya xəbər vermişəm ,
Çingizə , Teymura gül göndərmişəm,
Mətənin vaxtında çiçək dərmişəm,
Qoxusu üstündə , solmur ki , solmur.
Adın şaman deyib göydən gətirdim,
Deyəsən soyumun kodun itirdim,
Bozkırda yamyaşıl yovşan bitirdim,
İgidim , ərənim yolmur ki , yolmur.
Sənə əmanətdir bu vətən , torpaq ,
Yaşa , göylərindən enməsin bayraq ,
Sənindir bu millət , bu dövlət , ancaq ,
Türküm öz adını bulmur ki , bulmur.