Türkiyənin İstanbul şəhərində Azərbaycanin İstanbuldaki Baş Konsullugunun təşkilatciligi və SOCAR-ın dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin quruculari olmuş 16 nəfərin və onlarin ailə uzvlərinin (cəmi 33 məzar) uyuduqları Karacaahmet və Ferikoy qəbrstanlığında onlarin qəbrlərinin üstü götürülüb.
Musavat.com-a verilən məlumata görə, dünən Tukiyə vaxti ilə saat 15. 00 da Feriköy qəbristanlığında uyuyan Azərbaycan Xalq Cümhuriyyətinin uzvlərinin xatirə lövhəsinin acilişi olub. Xatrə lövhəsini Milli Məclisin deputati Cingiz Qənizadə, bas konsul Məsim Haciyev və vali yardimçisi İsmail Gultəkin açıb.
Tədbirin sonunda Milli Məclisin deputati Ç. Qənizadə cixis efərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasi və suqutu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə baglı prezident İlham Əliyevin 16 may 2017 il tarixli sərəncamının əhəmiyyətindən danışıb. Tədbirdə Turkiyə və Azərbaycanı təmsil edən rəsmi şəxslər, coxsaylı ictimaiyyət və mətbuat numayəndələri, diplomatik nümayəndəliklərin üzvləri iştirak edib.