XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu.
Xəbər yenilənəcək
Nyus.Az